Kiberdələduzlar saxta veb-səhifələr yaradaraq, məlumatlar ələ keçirirlər
Kiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradıb.
“İNFONEWS”– un Elektron Təhlükəsizlik Xidmətindən əldə etdiyi məlumatına görə, kiberdələduzlar həmin veb-səhifələr vasitəsilə vətəndaşların bank və digər fərdi məlumatlarını ələ keçirirlər.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, şübhəli veb-saytlarda hər hansı fərdi məlumatlarını daxil etmədən əvvəl brauzerin ünvan xanasındakı internet ünvanına nəzər yetirərək qurumun və ya şirkətin rəsmi veb-saytı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edir.