Prezident Mohamed İrfaan Qayanada üçgünlük matəm elan etdi
Qayana Prezidenti Mohamed İrfaan Ali məktəb yataqxanasında baş verən yanğında 19 uşağın ölümündən sonra üçgünlük matəm elan edib.
“İNFONEWS” TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Xahiş edirəm ki, biz millət olaraq növbəti üç günü bu uşaqlar, onların yaxınları və ictimaiyyət üçün dualara həsr edək”, – mətbuat xidməti Prezidentin sözlərini sitat gətirib.
Yanğın Madiya şəhərində orta məktəbin yataqxanasında bazar ertəsi gecə baş verib. Rəsmi məlumata görə, 18 qız və bir oğlan faciənin qurbanı olub. Yanğınsöndürmə xidməti hesab edir ki, hadisə yandırma nəticəsində baş verib. Cavabdeh şəxslər hələ müəyyən edilməyib.