Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng monastırını ziyarət ediblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının və qeyri-islam dini icmaların nümayəndələri Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir ki, icma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, dualar oxuyub, şamlar yandırıblar.