Gədəbəydə traktor dərəyə aşıb

Gədəbəydə traktor dərəyə aşıb

“İNFONEWS” xəbər verir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Gədəbəy rayonunun Mormor kəndi ərazisində Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi “T-74” markalı traktoru dərəyə aşırıb. Nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir