Bizi nələr gözləyir? – NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU

Bizi nələr gözləyir? – NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU

“İNFONEWS” yeni“NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU” layihəsinə start verir. Layihənin rəhbəri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi, muəllimə, tədqiqatçı-ekspert Aysel Qaragözovadır.

BİZİ NƏLƏR GÖZLƏYİR?

İnsan cəmiyyəti sənaye çevrilişləri ilə bərabər  müəyyən düşüncə  dəyişiklikləri keçirir. Yəqin ki, analiz edən, düşünən beyinlər bu meyllər haqqında da düşünüb. İndiki müasir dünyamız, hazırda 4-cü sənaye inqilabını, daha dolğun desək, öz koqnitiv inqilab dövrünü  yaşayır. Buna adekvat olaraq insanın dərketmə sistemi fəqli işləməyə başlayır. Digər sənaye inqilablarında uyğun olaraq əsas resurs kimi daş kömür, neft hesab edilirdisə, 4-cü sənaye inqilabının əsas resursu- İnsan beynidir!

Adətən, dövrün meyli nəyədirsə, o istiqamətdə də təbliğat və təşviqat işləri kütləvilik halı alır. Bir çox sosial şəbəkələrin paylaşım kontekslərini araşdırsaq video çarxların 70%-inin insan motivasiyası, insanın beyin gücünün dəyəri, qısaca desək, insan mərkəzli paylaşımlar təşkil etdiyini görərik. Bu bir növ öncəki sənaye çevrilişlərində addımbaşı benzindoldurma məntəqələrinə rast gəlinməsinə bənzəyir. Müasir dövrün insan beyni yalnız şəxsi inkişafa yönəldilib. Ayrı-ayrı şəxslərin inkişafı toplamda ümumi cəmiyyətin inkişafı deməkdir. Cəmiyyət üzvləri olaraq insan beyninə yatırılmış bütün kaptallar müxtəlif müasir elmi ixtiralar olaraq bizlərə geri dönüş edir. Bu geri dönüşlər təbii olaraq insan həyatını daha da rahatlaşdırır və inkişafa doğru aparır. Təbii ki, bu öz növbəsində iqtisadiyyata böyük tövhə verir. İqtisadiyyat daha da canlanır. Necə ki, böyük dünya böhranı illərindən başlayaraq daimi olaraq müxtəlif istehlak  mallarına yeni təlabatların formalaşmasının təmini bu günə qədər davam etməkdədir. Süni şəkildə yaradılmış tələbat mallarına insan beyni adekvat cavab vermir. Burada reklamların təsiri böyükdür.  Hansı ki, əvvəllər heç lazım olmayan məhsulların insan beyninə həmin məhsulun onun üçün nə dərəcədə vacib olduğu məlumatı inandırılır. Yəqin ki, evinizdə sizə heç vaxt lazım olmayan, yanız bir dəfə istifadə etdiyiniz məhsullar var, hansı ki, ona baxıb “ Mən bunu niyə almışam?” deyə düşünmüsünüz. Süni təlabat malları məhz həmin mallardır.

İNSAN BEYNİNƏ EDİLƏN YATIRIMLAR, MOTİVASİYALAR DÜNYANIN GƏLƏCƏYİ ÜÇÜN BÖYÜK MULTİPLİKATOR EFFEKTİ YARADACAQDIR!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir