Bakı metrosunda qadın sərnişin stansiya yoluna düşərək ölüb
Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşərək ölüb.
“İNFONEWS” – un “Bakı Metropoliteni” QSC-dən əldə etdiyi məlumatında bildirilir ki, hadisə zamanı dərhal yüksək gərginlik çıxarılıb. Təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib