Macarıstan Ukraynanın NATO üzvü olmasına qarşı çıxıb.
Macarıstan Ukraynanın NATO-ya daxil olmaq niyyətinə qarşıdır, çünki bu, alyans ölkələrini hərbi münaqişəyə cəlb edə bilər.
“İNFONEWS” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.
“Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz sabah səhər oraya ordu göndərmək məcburiyyətində qalacağıq. Biz bunu istəmirik”, – o bildirib.