Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində verilib

Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində verilib

Ötən il əlilliyi olan 1136 şəxs ehtiyac duyduqları 2145 reabilitasiya vasitəsi ilə yaşadıqları ünvanlarda təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt şəhərində yaşayan bir qrup əlilliyi olan şəxsi ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edib.

“İNFONEWS” – un Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumatına görə, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən onlara müraciətlərinə əsasən təkərli oturacaq, qoltuqaltı ağac, əsa, dördayaqlı dayaq vasitəsi və s. reabilitasiya vasitələri təqdim edilib.

Qeyd edək ki, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edilməsi işlərinin davamı olaraq, ötən il müxtəlif bölgələr üzrə 1136 şəxsə 2145 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir