“Mən Şəhidəm” şeirlər kitabının təqdmatı keçirilib

“Mən Şəhidəm” şeirlər kitabının təqdmatı keçirilib

İyulun 21-də Araz Məmmədovun (Yaquboğlu) “Mən Şəhidəm” şeirlər kitabının təqdmatı keçirilib.

“İNFONEWS” xəbər verir ki, “Laboratory of Art” sosial platformasının sayca üçüncü, həmçinin ilk müəllif işi olan “Mən Şəhidəm” kitabın təqdimatı “Misra Book Cafe”də baş tutub.

Görüşdə iştirak edən Şəhid Cəmil Məmmədlinin ailə üzvləri, eləcə də tanınmış jurnalist Kamil Həmidov və şair Rahib Ümid öz ürək sözlərini deyərək, müəllifə və “Laboratory of Art” sosial platformasına uğurlar arzulayıblar.

Qeyd edək ki, əsas qayəsi incəsənətlə uzaqdan-yaxından əlaqəsi olan, maraqlanan, incəsənətin inkişafına töhfə vermək istəyən insanları bir araya toplamaq olan “Laboratory of Art” sosial platformasının yazarlarının “Qələmimizdən qəlbinizə”, şairlərinin “Misraların əsrarı” antologiyaları bundan öncə işıq üzü görüb. Hazırda isə “Könül dəftərimiz” adlı növbəti hekayələr və “Nəqşi-bənd” adlı şeirlər, eləcə də layihə rəhbəri Fərid Nəsibzadənin psixoloji triller janrında olacaq “Alfa” kitabları üzərində iş gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir