Doğma dilimizi sevənlər, qoruyanlar – Nigar ŞIXLİNSKAYA
“İNFONEWS” təqdim edir.
Bir gün rus zabitləri Nigar Şıxlinskayanın olduğu kupeyə daxil olurlar. Xanımın Dostoyevskini oxuduğunu görüb, öz aralarında fransız dilində istehza ilə zarafatyana deyirlər:
– Bu “qaralar” rus dili bilmələrini özləri üçün qürur hesab edirlər. Onlara görə bu, elmin zirvəsidir.
Şıxlinskaya özünü başa düşmürmüş kimi göstərir. Məmurlar xanımın stansiyada general tərəfindən qarşıladığını görüb təəccüblənirlər. Bu zaman Şıxlinskaya onlara yaxınlaşıb, səlist fransızca deyir:
– Cənablar, siz bayaq heç zabit kimi davranmadınız. Kupedəki söhbət elə orada qalsın. Sağ olun.
Qeyd edək ki, Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya ilk ali təhsilli azərbaycanlı şəfqət bacısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təsisçisi və sədri, general Əliağa Şıxlinskinin həyat yoldaşı olub. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilib.
Nigar xanım Azərbaycan ədəbiyyatına, doğma dilimizə xüsusi qayğı ilə yanaşıb, bu mövzuda davamlı məqalələr yazıb. “Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib, Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik”- silsilə məqalələri çapdan çıxıb.