“NMR – 100” çərçivəsində tamaşa- “Araz sahilində doğan günəş”

“NMR – 100” çərçivəsində tamaşa- “Araz sahilində doğan günəş” 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri Bakı şəhərində Akademik Rus Dram Teatrında tamaşaçılara təqdim olunub.

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikasının tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri tamaşanı izləyiblər.

“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvələrindən regionda, eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir. Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada xalq artistləri-Rza Xudiyev (Tağı Səfiyev), Rövşən Hüseynov (Kərbəlayi Kərəm), Həsən Ağasoy (Bağır kişi), əməkdar artistlər – Əli Əliyev (Nəriman Nərimanov), Behruz Haxverdiyev (İbrahim Əbilov), Vidadi Rəcəbli (Veysəl bəy), Əbülfəz İmanov (Çiçerin), Nazlı Hüseynquliyeva (Müşkünaz arvad), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev (Mustafa Kamal Paşa), Uğur Nəsirli (Mirzə Davud Hüseynov), Məmməd Mehdiyev (Behbud ağa Şahtaxtinski),Ələsgər Quliyev (Stalin), Anar Eyvazov (Yusif Kamal bəy) və digər aktyorlar rol alıblar.

Tamaşa Ümummilli Lider Heydər Əliyevin Naxçıvanın muxtariyyəti ilə bağlı səsləndirdiyi tarixi fikirləri ilə sona çatıb.

Səhnə əsəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir