“Şuşanın dağları deyil dumanlı”- Xan əmini dərin ehtiramla anırıq

“Şuşanın dağları deyil dumanlı”- Xan əmini dərin ehtiramla anırıq

Xan Şuşinski deyəndə ən əvvəl “Şuşanın dağları” mahnısı xatırlanır.

“İNFONEWS” xəbər veri ki, bu gün Azərbaycan muğamının özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində əvəzsiz rolu olan xalqımızın dəyərli sənətkarı Xan Şuşinskinin anım günüdür.

Musiqi tariximizdə həm misilsiz ifaçı, həm də gözəl bəstəkar kimi görkəmli yeri olan Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı dillər əzbəri, ən çox sevilən əsərlərindəndir.

Bu mahnıda mübarizəyə çağırış, Azərbaycanın müstəqillik həsrəti, vətənə sonsuz sevgi duyulduğundan hər zaman diqqətdə olub, dəfələrlə müzakirə mövzusuna çevrilib.

Şuşanın dağları” mahnısında mübarizə simvolları var. Mahnıda bayraqvətən sevgisi  müstəqillik həsrəti duyulurSovet dönəmində Azərbaycan bayrağının qadağan edildiyi bir dönəmdə Xan Şuşinski bayrağımızın təsvirini məhz bu mahnı ilə simvolizə edib. Mahnı yazıya alınanda belə xanəndəyə iradlar bildirilib, mahnı sözlərində dəyişikliklər edilməsi tövsiyə olunub. Hətta mahnı birinci dəfə qrammofon valına yazılanda Xan Şuşinskiyə “Sovet Şuşasının dağlarının başı “dumanlı” ola bilməz” deyilib və xanəndə “Şuşanın dağları deyil dumanlı” sətiri ilə əvəzləyərək ifa edib. Bütün bunlara baxmayaraq, mahnı indiki günümüzdə də öz ilkin variantını qoruyub saxlayıb, olduğu kimi ifa olunur”, – politoloq Elman Telmanoğlu bildirib.

Elman müəllim qeyd edib ki, sovetlər dönəmində ilk dəfə olaraq müstəsna hal kimi Xan Şuşinskiyə birbaşa Xalq artisti fəxri adı verilib. Xan Şuşinski səsinin, ifasının möhtəşəmliyi həmişə təəcüb doğurub. Bəzi mənbələrə istinadən, bir dəfə Moskvadan Bakıya gələn folklorşünas alimlər Bülbülün təklifi ilə Xan Şuşinskiyə qulaq asdıqdan sonra onun ağzına və boqazına baxmağa icazə istəyiblər. Onlar bunu Xan Şuşinskinin boğazında və ağzında səsgücləndiricinin yerləşdirilməməsinə əmin olmaqları üçün ediblər. Təkcə səsinə, ifalarına görə deyil, eləcə də insanlığına, qayğıkeşliyinə, xasiyyətindəki sadəlik, təvazökarlıq, həm də hazırcavablığı, ən əsas isə, sözün əsl mənasında kişiliyinə görə, o, xalq arasında rəğbət qazanıb, sevilib, “Xan əmi” kimi də tanınıb. Hərçənd əslində onun adı İsfəndiyar Aslan oğlu Cavanşir olub. Xan adını isə ona ustadı İslam Abdullayev verib. Və əlbəttə ki, Xan Şuşinskinin hələ yeniyetməlik yaşında ustad tərəfindən belə bir ada layiq görülməsi heç də təsadüfi olmayıb.

Sevinirik ki, Xan Şuşinskinin bizlərə əmanət qoyub getdiyi Şuşanı düşmən caynağından geri ala bildik. 30 il Şuşada dolaşan, ağrıyan, inciyən ruhuna məlhəm ola bildik. Əminik ki, bundan sonra da hələ uzun-uzun  illər Cıdır düzündə onun adına, şərəfinə bədii məclislər qurulacaq, xoş xatirələri həmişə yaşayacaqdır.

Xan Şuşinskinin ruhu qarşısında baş əyib, Xan əmini dərin hörmət və ehtiramla anırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir