Təhsil işçiləri üçün “Təhsilin ulduzu” müsabiqəsinə start verilir

Təhsil Nazirliyinin dəstəyi  və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında “Təhsilin ulduzu” müsabiqəsinə start verilir.

Məqsəd tədris prosesində tətbiq oluna bilən, təhsilin inkişafına töhfə verən, real təcrübəyə söykənən yeni yanaşmaları və ideyaları tapmaq, geniş auditoriyaya çatdırmaq, beləliklə, öz fəaliyyətində yeniliklərlə seçilənləri aşkara çıxarıb onlara “Təhsilin ulduzu”nu təqdim etməkdir. Buna görə müsabiqəyə təqdim edilən ideyalar təhsildəki bir problemin həllinə və ya mövcud vəziyyətin yaxşılaşdırılmasına yönəlməlidir.

Müsabiqədə bütün təhsil işçiləri fərdi qaydada iştirak edə bilər. İştirakçı öz ideyasını əvvəlcə yazılı formada müvafiq keçid (https://bit.ly/3dg04ZW) vasitəsi ilə təqdim etməlidir. Birinci mərhələdə müraciətlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq. Yazılı müraciətlər 1 mart 2021-ci il tarixinədək qəbul edilir.

Müraciəti müsbət dəyərləndirilən namizədlər daha sonra ideyanı təqdim etmək üçün video formatında çıxış hazırlayaraq müsabiqəyə təqdim etməlidirlər. Çıxışlar 15 dəqiqədən çox olmamalıdır. Videoçıxışlar 15 mart 2021-ci il tarixinədək  [email protected]  e-mail ünvanına göndərilməlidir.

Ən yaxşı 3 ideyanın müəllifi yekun təşkil ediləcək tədbirdə çıxışlarını canlı təqdim edəcəklər. Canlı yayımda “Təhsilin ulduzu” seçiləcək. Final mərhələsinin tarixi yaxın günlərdə açıqlanacaq. Qalib iştirakçıya “Təhsilin ulduzu” kuboku, fəxri diplom və planşet təqdim ediləcək.

Qeyd edək ki, müsabiqənin qiymətləndirmə meyarları, münsiflər heyəti ilə bağlı  T-Network platformasından (http://tnetwork.az/) ətraflı məlumat əldə edə bilərsiniz.

 

Əziz təhsil işçiləri, hər birinizi “Təhsilin ulduzu” müsabiqəsində iştirak etməyə, öz təcrübələrinizə əsaslanaraq təhsil prosesində həllini vacib hesab etdiyiniz məsələlərlə bağlı yeni yanaşmalarınızı, təklifərinizi, müşahidə və qənaətlərinizi paylaşmağa dəvət edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir