WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız

WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycanın gənc müğənnilərinin ifasında milli mahnılarımız ifa edilib. Qonaqlar ölkəmizin musiqi irsi ilə yaxından tanış olublar.

“İNFONEWS” xəbər verir ki, çıxışlar tədbirin mədəni proqramının bir hissəsi olub və forumun beynəlxalq iştirakçıları arasında böyük maraq doğurub. Tamaşaçılar ənənəvi musiqi və müasir ifa vasitəsilə yaradılan birlik və mədəni mübadilə ab-havasını qeyd ediblər.

Müxbir – Vüqar Seyidov/AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir