“GÜNƏBAXANLAR” təqdim edir: “Mükəmməl anı gözləməyin!”
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” forumu SAĞLAMLIQ ilə bağlı mövzularına start verir.
Qədim Roma şairi Yuvenal “Sağlam bədəndə sağlam ruh olar” deyib. Yuvenal satirasında yazırdı ki, insanlar tanrılardan var-dövlət, şan-şöhrət yox, “sağlam bədəndə sağlam düşüncə, ruh verməsini” diləməlidirlər. Yəni bədən qədər ruhun və ağlın da tərbiyə olunmasının vacibliyini vurğulayırdı.Əsrlər keçsə də, fiziki və mənəvi sağlamlığın harmoniyası bu gün də öz aktuallığını qoruyur. Məhz bu fəlsəfədən ilhamlanan “Ritzy Fitness” həm fiziki, həm də mental rahatlıq bəxş edərək digər klublardan tamamilə seçilir.
“Ritzy Fitness” -i digər klublardan fərqləndirən nədir?
- Bizim üçün ən önəmli məsələ müştərinin özünü rahat və qayğı ilə əhatə olunmuş hiss etməsidir. Klubun şəraitini qurarkən hər detalı müştəri gözü ilə düşünmüşük: məkanın təmizliyindən və avadanlıqların keyfiyyətindən tutmuş, qapıdan girən andan xidmətin necə göstərildiyinə qədər. Klubumuzda fitness və pilates bir yerdədir, çünki hər insanın məqsədi fərqlidir. Məşqçilərimiz isə hər kəsə fərdi yanaşır.
Qadınlar üçün tamamilə ayrı zona yaratmaq ideyası necə yarandı?
- Müşahidə etdik ki, bir çox xanım idmana başlamaq istəyir, amma ümumi zalda özünü rahat hiss etmir. Kimisi ilk addımlardan çəkinir, kimisi sadəcə öz məkanında məşq etməyi üstün tutur. Ona görə də qadınlar üçün tamamilə ayrılmış zona yaratdıq: ayrıca resepsiyon, ayrıca məşq sahəsi və bütün lazımi imkanlarla. Məqsədimiz odur ki, heç bir xanım rahatsızlıq səbəbindən sağlamlığından imtina etməsin.
Xidmətdə müştəri rahatlığını necə təmin edirsiniz?
- Biz hesab edirik ki, müştəri təcrübəsi məşqdən əvvəl başlayır. Resepsiyonda qarşılanmaq, suallara səbirlə cavab almaq, məşqçi ilə ilk tanışlıq, təmiz və rahat soyunma otaqları, bunların hamısı insanın bura yenidən qayıtmaq istəyinə təsir edir. Komandamızla daim müştərilərin rəylərini dinləyirik və nəyi daha yaxşı edə biləcəyimizi müzakirə edirik.
Son vaxtlar sizi ən çox qürurlandıran bir nümunə çəkə bilərsinizmi?
- Bir müştərimiz bizə gələndə pilləkən qalxanda belə yorulduğunu deyirdi. Məşqçilərimiz onun üçün fitness və pilatesdən ibarət fərdi proqram hazırladı. Bir neçə ay sonra o, nəinki özünü daha yaxşı hiss etməyə başladı, hətta ailə üzvlərini və dostlarını da klubumuza gətirdi. Bizi ən çox qürurlandıran budur: insanlar təkcə öz həyatlarını dəyişmir, ətrafındakıları da ilhamlandırırlar.
Oxucularımıza nə tövsiyə edərdiniz?
- Mükəmməl anı gözləməyin. “Bazar ertəsindən başlayaram” demək əvəzinə bu gün kiçik bir addım atın. Bədəninizi cəzalandırmaq üçün yox, ona qayğı göstərmək üçün idman edin. “Ritzy Fitness”-in qapıları isə bu yolda dəstək axtaran hər kəs üçün açıqdır.
Pərviz MEHTİZADƏ
“Ritzy Fitness”-in direktoru

