Türkiyədə koronavirusla mübarizə çərçivəsində qabaqlayıcı tədbirlər planına uyğun olaraq yenidən küçəyə çıxmaq qadağan edilib.
İNFONEWS türk mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra bu barədə açıqlama verib. Belə ki, yeni qərara əsasən 31 dekabr saat 21:00-dan, 4 yanvar saat 05:00-ə qədər fasiləsiz olaraq küçəyə çıxmaq qadağan olunub.