Bu şəxslər vaksin vurdurmasın
“Mən bir endokrinoloq kimi deyə bilərəm ki, qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet bunlar peyvənd vurdurmağa əks göstəriş deyillər. Xəstələr düşünür ki, misal üçün mənim zobum var və mənə peyvənd vurdurmaq olarmı? Əslində vurulmalıdır, çünki peyvənd qorumaq məqsədi güdür. Bu peyvənd hər kəsə vurulmalıdır”.
“İNFONEWS” xəbər verir ki, bu sözləri “ARB24”-də yayımlanan “İşgüzar səhər” proqramında qonaq olan həkim-endokrinoloq Vüsalə Babayeva bildirib.
O əlavə edib ki, bəzi şəxslərə peyvənd vurdurmaq olmaz: “Əgər xəstə aktiv vəziyyətdədirsə, şəkərli diabetdirsə, şəkəri dikompensasiya mərhələsindədirsə, şəkəri kontrolda saxlaya bilmirsə, 3 aylıq şəkər göstəricisi yüksəkdirsə, orqanizm buna uyğun deyilsə, bunu qaydasına salıb xəstə uyğun olarsa, peyvəndə yönləndirilməlidir”.