Tanınmış müğənni yol qəzasında həyatını itirdi
“İNFONEWS” xəbər verir.
Bu gün səhər saatlarında Gəncədən Bakıya qayıdan tanınmış müğənni Aslan Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə həyatını itirib.
Aldığımız məlumata görə, Aslan Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni də dünən anasının 7 mərasimində iştirak etmək üçün Gəncə şəhərinə gedib. Mərhum bu gün Gəncədən anasının yas mərasimindən qayıdırmış.
ALLAH RƏHMƏT ELƏSİN!