MDU-da “Vətən mənim gözüm ilə” adlı fotomüsabiqə keçirilib

MDU-da “Vətən mənim gözüm ilə” adlı fotomüsabiqə keçirilib

Azərbaycan Fotoqraflar Birliyi (AFB) Mingəçevir Dövlət Universitetində (MDU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Vətən mənim gözüm ilə” fotomüsabiqəsi keçirib.

“İNFONEWS” xəbər verir ki, MDU-nin prorektoru Veysəl Əyyubov, professor və müəllim heyəti, universitetin tələbələri AFB-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Amira Süleyman, Aydın Mehdiyev, Ayxan Əhmədov, eləcə də Birliyin Mingəçevirdəki nümayəndəsi Şahin Məmmədli ilə görüşüblər.

Müsabiqədə 74 tələbənin 300-dən çox fotosu AFB-nin Bədii şurasının üzvü İlkin Yaqubov tərəfindən qiymətləndirilib.

Birinci yeri Səbinə Məmmədli, ikinci yeri Sevil Ramazanova, üçüncü yeri isə Türkanbəyim Əhmədli tutub. Bahar Hüseynova, Qənirə Hüseynova, Ülvi Seyidovaya fərqlənmə sertifikatları təqdim olunub.

Gələcəkdə fotoqrafiya üzrə kurs, dərs və digər tədbirlərin keçirilməsi haqqında MDU-nun rəhbərliyi və AFB-nin İdarə Heyəti arasında razılıq əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir