Bu marşrut üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək- BNA
Bakı şəhərində keçiriləcək Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır.
“İNFONEWS” – un Bakı Nəqliyyat Agentliyindən əldə etdiyi məlumatına görə, 149 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – “Elmlər Akademiyası” metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək.