“Gənclərin İDEAL BƏDƏN – sosial şəbəkə illüziyası, yoxsa SAĞLAM BƏDƏN”

“Gənclərin İDEAL BƏDƏN – sosial şəbəkə illüziyası, yoxsa SAĞLAM BƏDƏN”

“İNFONEWS” – un “GÜNƏBAXANLAR” forumunda SAĞLAMLIQ 

“Ritzy Fitness” komandası ilə tanışlığa davam edirik.

Sağlam bədənə sahib olmaq gənclərin özünəinamına necə təsir göstərir?

  • Çox böyük təsir göstərir. Yeniyetməlik elə dövrdür ki, gənc öz bədəni ilə bağlı çox şeydən narahat olur. İdman ona bədənini idarə edə bildiyini, güclü olduğunu hiss etdirir. Bu hiss məktəbdə, dostlar arasında, hətta imtahanda belə özünü göstərir. Amma vacib olan odur ki, məqsəd kiminsə bədəninə bənzəmək yox, özünün ən sağlam versiyası olmaq olsun. Sosial şəbəkələrdəki “ideal bədən” obrazları çox vaxt real deyil və biz gənclərə bunu da izah edirik.

Gənclərin pəhriz saxlayarkən etdiyi ən böyük və təhlükəli səhv hansıdır?

  • Ən böyük səhv sürətli nəticə arxasınca qaçmaqdır. Gənclər sosial şəbəkələrdə gördükləri sərt pəhrizləri tətbiq edir, yeməkləri buraxır, bütöv qida qruplarını həyatlarından çıxarırlar. Bəziləri isə əksinə, heç bir məsləhət almadan idman qidalarına və əlavələrə güvənir. Bu, halsızlığa, əzələ itkisinə və sağlamlıq problemlərinə gətirib çıxarır, xüsusən də, hələ inkişafda olan orqanizmdə… Düzgün yol balanslı, davamlı qidalanmadır. Ciddi dəyişiklik etmək istəyənlər mütləq həkim və ya dietoloqla məsləhətləşməlidir.

Yeniyetmələrin idmana başlamasında valideynlərə nə tövsiyə edərdiniz?

  • Birincisi, uşağı məcbur yox, maraqlandırmaq lazımdır. İdman cəza kimi yox, zövq kimi qəbul olunmalıdır. İkincisi, yeniyetmələr mütləq peşəkar məşqçinin nəzarəti altında məşq etməlidir. Bu yaşda düzgün texnika və yaşa uyğun yüklənmə çox vacibdir. Üçüncüsü, valideyn özü nümunə olsun. Evdə sağlam qidalanma və aktiv həyat tərzi olanda uşaq bunu təbii qəbul edir.

Rahib ŞÜKÜROV

fitness məşqçisi 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir