Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal qazanıb.
İnfoNewsxəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal görüşündə Özbəkistan təmsilçisi Şermuxammad Jandreyevi məğlub edib. Bundan əvvəl cüdoçumuz Rüstəm Orucov (73 kiloqram) da üçüncü yeri tutub.
Dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycanın 12 idmançısı iştirak edib.