“Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə 35 terrorçu zərərsizləşdirilib
“İNFONEWS” xəbər verir.
Türkiyə Silahlı Qüvvələrinin və Suriya Milli Ordusunun birgə həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə son üç gün ərzində 35 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Bu şəxslərin əməliyyatların keçirildiyi bölgədə terror aktı planlaşdırdıqları müəyyən olunub.